Dəmir yumruq » Manşet » “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır
Manşet / Hadisə / Bugün, 16:39

“Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır


 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır.

Müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

Nazirlər Kabineti iki ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.