Dəmir yumruq » Dünya » Paşinyan: "Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycanla sülh sazişi imzalanacaq"
Dünya / Bugün, 11:57

Paşinyan: "Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycanla sülh sazişi imzalanacaq"

 

 

"Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycan ilə sülh sazişi imzalanacaq".

Demiryumruq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində deyib.

O qeyd edib ki, özünün bütün mənəvi, siyasi və insani etibarlılığını bu məsələyə sərf edir. N.Paşinyan vəd verib ki, yeni konstitusiyanın qəbulu ilə təkcə sülh sazişi imzalanıb ratifikasiya olunmayacaq, eyni zamanda institusional sülh də təmin ediləcək.

Paşinyan bir daha təkrarlayıb ki, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, o zaman istefaya gedəcək, əgər onu dəstəkləsələr, bu halda növbəti seçkidə baş nazir postuna namizədliyini irəli sürməyəcək.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.