Dəmir yumruq » Manşet » "Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək”
Manşet / Siyasət / Bugün, 12:12

"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək”

 

"Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir”.
 
Demiryumruq.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində yer alıb.
 
“Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir”, - dövlət başçısı bildirib.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.