Dəmir yumruq » Hadisə » Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar
Hadisə / Bugün, 12:00

Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar


  

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcəklər.

Demiryumruq.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir.

Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar. Onlar ibtidai istintaq vaxtı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindiriliblər.

Məhkəmə 24 noyabra təyin edilib.

İttihamda deyilir ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşmədə iştirak ediblər. DTX cinayətlə bağlı geniş videomaterial yayıb, orada Ramiz Mehdiyevin Əli Kərimlinin adamları və xarici xüsusi xidmət orqanları ilə səs yazıları yer alıb.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

Ramiz Mehdiyevə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.