Dəmir yumruq » Manşet » Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı
Manşet / Hadisə / Bugün, 12:01

Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı


  

Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Demiryumruq.az xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub.

Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonardo S.p.A." şirkəti arasında yüksəkməhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın "Cassa Depositi e Prestiti S.p.A." şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, "Baku Steel Company" QSC, "Dismas Trading S.r.l." və "Edgar H. Greenham & Co. S.r.l." arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə "FINCO" şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, "IVECO" və "Azteximport" şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, "SIMEST S.p.A." ilə İtaliya-Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin "Nort West Construction" MMC ilə "FALORNI TECH S.R.L." şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.