Dəmir yumruq » İdman » Neftçi” liderliyə yüksəldi
İdman / Bugün, 13:57

Neftçi” liderliyə yüksəldi

 

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
 
Demiryumruq.az xəbər verir ki, günün ilk matçı Şamaxıda baş tutub.
 
Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Bununla da xallarının sayını 27-yə çatdıran “Neftçi” yenidən turnir cədvəlinin liderliyinə yüksəlib.
 
Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncədə “Qarabağ”la üz-üzə gələcək.
 
15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək matçda anşlaq yaşanacağı gözlənilir. Belə ki, qarşılaşma üçün satışa çıxarılan bütün biletlər oyundan iki gün əvvəl satılıb.
 
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü saat 17:00-da başlayacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.