Dəmir yumruq » Manşet » Prezident 2 fərman imzaladı
Manşet / Hadisə / Bugün, 11:30

Prezident 2 fərman imzaladı

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 848 (Cild I) ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 2.1.2-ci, 3.1.2-ci və 3.2.2-ci yarımbəndlərində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I); 2024, № 11, maddə 1198, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 751) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 3.1-ci bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644 (Cild I); 2025, № 8, maddə 761) ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 3.4-cü bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 983 (Cild I); 2024, № 7, maddə 815) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 1.2-ci bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərsin.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.