Dəmir yumruq » Cəmiyyət » BDYPİ sürücülərə müraciət etdi
Cəmiyyət / 15-11-2026, 08:19

BDYPİ sürücülərə müraciət etdi

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
 
Demiryumruq.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.
 
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına, xüsusilə sürücülərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.
Ətraflı
 
Güclü külək zamanı nəqliyyat vasitəsinin idarəetməsinin çətinləşməsi, yollarda görmə məsafəsinin məhdudlaşması, ağac budaqlarının və müxtəlif əşyaların hərəkət hissəsinə düşməsi yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
 
Bu səbəbdən sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda daha diqqətli olmaq tələb olunur. İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri isə küləyin yaratdığı əlavə təhlükələri nəzərə almalıdırlar.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və şəxsi təhlükəsizliklə yanaşı, digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.