14dekabr 2022 ci ildə Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Tükrmənbaşı şəhərindəki görüşdə Türkiyə ilə Müttəfiqlik haqqında¸ Türkmənistan ilə isə Strateji Tərəfdaşlığa dair Bəyannamələr imzalanmışdır. Bu gün Türkmənistanda Zirvə Görüşü çərçivəsində imzalanmış, ticari-iqtisadi, gömrük və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, həm də “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaqdır.
Azərbaycan-Türkiyə-Türkmənistanın strateji maraqları da üst-üstə düşür
Hazırda Azərbaycanın həm siyasi, həm də iqtisadi, mədəni, hərbi – bütün sahələrdə türk dövlətləri ilə ən yüksək səviyyədə iş birliyi, anlaşması var.
İstənilən məsələdə bu münasibətlər qardaşlıq prinsipinə söykənir. Məsələn, Türkiyənin enerji asılılığının aradan qaldırılmasında və Avropanın enerji asılılğının aradan qaldrılmasında Türkiyənin rolunu artırmaqda Azərbaycan böyük rol oyanıb. Bunlar göz önündədir. Qarşılıqlı dəstək məsələsinə cənab Prezident də Üçtərəfli Zirvə Görüşündə toxununb: “Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”.
Dövlət səviyyəsində Azərbaycanın Türkiyə və Türkmənistanla əməkdaşlığı, imzalanan sənədlər maraqların ayrı-ayrı deyil, ortaq mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır. Bu baxımdan 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün mühüm əhəmiyyəti var.
Üçtərəfli görüşdə qeyd edildiyi kimi onurğa sütununu Trans-Anadolu qaz boru kəməri təşkil edən Cənub Qaz Dəhlizi vasitəsi ilə Xəzər qazı Avropaya çatdırılır. Türkmən təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqli istiqamətində fəaliyyətə də artıq başlanəlmalıdır. Xəzər dənizindəki “Dostluq” yatağınin istismarında da Türkmənıstan ilə Azərbaycannın əməkdaşlığına Tütkiyə də dəstək verməyə hazırdır. Bundan başqa, bölgədə, ölkələrimiz arasında qarşılıqlı elektrik mübadiləsinin inkişaf etdirilməsinə böyük önəm verilir. Bu çərçivədə Türkmənistandan və Azərbaycandan Türkiyəyə elektrik enerjisinin nəqli ilə bağlı da işlərə hazırlıq gedir.
Türk Dövlətləri Birliyi yeni dünya nizamında gülclü siyasi - iqtisadi mərkəz kimi meydana gəlir və güclənir.
Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq.
Bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.