Dəmir yumruq » Manşet » Hikmət Hacıyev ABŞ-də görüşlər keçirdi
Manşet / Siyasət / Bugün, 08:51

Hikmət Hacıyev ABŞ-də görüşlər keçirdi

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşüb.
 
Bununla bağlı Azərbaycanın ABŞ-dəki səfirliyi “X” hesabında paylaşım edib.
 
Bildirilib ki, görüşlər zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-i Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün strateji əhəmiyyətini müzakirə ediblər. Görüşün Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.
 
Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.