Dohada HƏMAS-a hücum Baş nazir Netanyahunun verdiyi qərar idi, mənim yox.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O, dərhal xüsusi nümayəndə Stiven Uitkoffa Qətəri gözlənilən hücum barədə məlumatlandırmağı əmr etdiyini deyib:
“O, bunu etsə də, artıq çox gec idi. Mən Qətərə ABŞ-ın güclü müttəfiqi, dostu kimi baxıram və hücuma görə təəssüf hissi keçirirəm. Mən bütün girovların azad edilməsini və bu müharibənin tezliklə bitməsini istəyirəm”.
Tramp hücumdan sonra İsrailin Baş naziri Netanyahu və Qətər əmiri və Baş naziri ilə danışdığını təsdiqləyib.