Dəmir yumruq » Manşet » Yerə maqnit qasırğası yaxınlaşır
Manşet / Cəmiyyət / 11-09-2025, 21:26

Yerə maqnit qasırğası yaxınlaşır

Günəşdə həftəsonu geomaqnit qasırğası güclənəcək.
 
 Günəşdə qeyri-adi böyük ekvatorial tac dəliyinin görünməsi ilə əlaqədar sentyabrın 13-14-dən başlayaraq maqnit qasırğası gözlənilir.
 
Tac dəliyi planetin fırlanma müstəvisində yerləşir. Bu gün Günəşin fırlanması səbəbindən dəlik görünən günəş diskinin mərkəzinə doğru hərəkət edib.
 
Mütəxəssislər bunun nəticəsində yüksək sürətli günəş küləyi axınlarının Yerə doğru yönəldiyini və təxminən üç günə çatacağını proqnozlaşdırırlar.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.