Xəbər lenti
Dəmir yumruq » Manşet » BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
Manşet / Siyasət / Dün, 21:08

BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
 
 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.
 
Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb.
 
Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb.
 
Daha 12 ölkə isə bitərəf qalıb.
 
Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.