Çin Polşa hava məkanına pilotsuz uçuş aparatlarının daxil olmasından sonra yaranan gərginliklə bağlı Moskva və Varşavanı dialoqa çağırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian danışıb.
O, problemin “danışıqlar və müzakirələr” yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən gecə bir neçə pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olub. Ölkənin Baş naziri Donald Tusk həmin dronların Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Polşanın hava məkanına daxil olan 19 drondan 3-ü zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Ukraynaya dronla hücumlar zamanı Polşadakı hədəflərə zərbə endirmək niyyətinin olmadığını bildirib. Nazirlik həmçinin insidenti Polşa rəsmiləri ilə müzakirə etməyə hazır olduğunu qeyd edib.