Dəmir yumruq » Manşet » Penitensiar xidmətə yeni rəis təyin edildi
Manşet / Hadisə / Dün, 12:10

Penitensiar xidmətə yeni rəis təyin edildi

 

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. 

Demiryumruq.az məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib.

Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.