Xəbər lenti
Dəmir yumruq » Dünya » Demokratlar qalib gəlsə, ABŞ-ın dünya siyasəti dəyişəcək
Dünya / Bugün, 07:08

Demokratlar qalib gəlsə, ABŞ-ın dünya siyasəti dəyişəcək

 

Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Demokratlar Partiyası qalib gələrsə, Vaşinqtonun xarici siyasəti, o cümlədən Ukraynaya münasibətdə siyasəti köklü şəkildə dəyişə bilər.

 Demiryumruq.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, demokratların Nümayəndələr Palatasında, hətta Senatda da çoxluğu qazanmaq şansı yüksəkdir:

"Bu, respublikaçıların iki illik nəzarətindən sonra demokratlara Vaşinqtonda hakimiyyətin bir hissəsini ələ keçirmək imkanı verə bilər. Demokratlar respublikaçıları Tramp administrasiyasına müharibəyə başlamaq və büdcə vəsaitlərini bölüşdürmək barədə qərarları faktiki olaraq müstəqil şəkildə qəbul etməyə imkan verməkdə ittiham edirlər. Halbuki ABŞ Konstitusiyasına əsasən, müvafiq səlahiyyətlər Konqresə məxsusdur. Demokratlar Konqresə nəzarəti ələ keçirəcəkləri təqdirdə, ABŞ-ın siyasəti dörd əsas istiqamət üzrə dəyişə bilər.

Birinci istiqamət İranla müharibənin məhdudlaşdırılmasıdır. Tramp fevralın 28-də Konqresin əvvəlcədən razılığını almadan hərbi əməliyyatlara başlayıb.

İkinci istiqamət Ukraynaya dəstəyin bərpa edilməsidir. Tramp Kiyevə birbaşa maliyyə və hərbi yardımın böyük hissəsini dayandırıb.

Üçüncü istiqamət İsrailə yardımın yenidən nəzərdən keçirilməsidir. Qəzzada müharibə, on minlərlə fələstinli mülki şəxsin həlak olması və İordan çayının işğal altındakı Qərb sahilində zorakılıq halları səbəbindən demokratlar arasında İsrailə dəstək azalıb.

Dördüncü istiqamət hərbi xərclərin azaldılması və beynəlxalq yardımın bərpa edilməsidir. Tramp müdafiə büdcəsinin 67 faiz artırılaraq 1,5 trilyon dollara çatdırılmasını təklif edib".


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.