Dəmir yumruq » İdman » Eldəniz Əzizli beşqat dünya çempionu oldu
İdman / Bugün, 16:12

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

 

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb.
 
Demiryumruq.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.
 
Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.
 
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.