Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.
Demiryumruq.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kiloqram), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kiloqram) gümüş mükafata sahib olublar.
Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kiloqram) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.