Xəbər lenti
Dəmir yumruq » Hadisə » İnam Kərimov Qubada 100 minlik saxtakarlığa necə göz yumdu?
Hadisə / 11-05-2022, 13:39

İnam Kərimov Qubada 100 minlik saxtakarlığa necə göz yumdu?

Bir neçə ay bundan əvvəl Kənd Təsərrüfat Naziri İnam Kərimov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Babək Orucovu tutduğu vəzifədən azad edib.Onun yerinə isə Dəyanət Orucov adlı bir şəxs təyin edilib.Nazirin bu təyinatı barədə isə nazirlikdən heç bir açıqlama verilmiyib.Quba rayonundan olan etibarlı mənbənin verdiyi məlumata görə Babək Orucovun vəzifədən azad edilməsinə səbəb onun icra başçısı Ziyəddin Əliyevlə əlbir olub bir sıra maliyyə saxtakarlıqlarının təşkil edilməsi olub.Mənbənin verdiyi məlumatda qeyd olunurki Babək Orucov örüş sahələrini bağ sahəsi kimi dəyərləndirib həmin torpaqlara subsidiya yazıb.Nəticədə 100 min manatdan çox subsidiya vəsaiti ələ keçirilərək mənimsənilib.KTN –nin apardığı yoxlamalar nəticəsində Babək Orucovun bu saxtakarlıqı aşkara çıxıb.Amma onun bu saxtakarlığı hüquqi cəhətdən cavabsız qalıb və heç bir hadisə baş verməmiş kimi nazir İnam Kərimov onu sadəcə işdən azad etməklə kifayətlənib.Babək Orucovun saxta yollarla mənimsədiyi 100 min manatdan çox vəsaitin hansı yollarla və kimlərin iştirakı ilə mənimsədiyi barədə isə heç bir araşdırma aparılmıyıb və cəza tədbiri görülmüyüb.Əldə etdiyimiz məlumata görə Babək Orucov bu vəsaitin bir hissəsini məs Quba RİH nin başçısı Ziyəddin Əliyevlə bölüşüb.Bu səbəbdən icra başçısı Babək Orucovun həps olunmasının qarşısı alıb.Və onun sadəcə işdən azad edilməsi üçün nazir İnam Kərimovdan xahiş edib.Əldə etdiyimiz məlumatlara görə Ziyəddin Əliyev Babək Orucovu yaxın günlərdə Quba RİH də vəzifəyə gətirəcək.
Cənab nazir İnam Kərimova bir sual vermək istəyirik.Cənab nazir,Babək Orucovun bu saxtakarlığına niyə göz yumduz və bu vəsaitin dövlət büdcəsi qarşısındakı asılılıqı necə qarşılandı?
Ardı var.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.