Dəmir yumruq » Dünya » Müctəba Xamenei xalqa müraciət etdi
Dünya / Bugün, 16:03

Müctəba Xamenei xalqa müraciət etdi

 

İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin yaxın dəqiqələrdə xalqa müraciəti yayımlanacaq. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 
 
Məlumata görə, müraciət 7 mövzunu əhatə edəcək. Müctəba Xameneinin müraciəti zamanı atası, İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin həlak olması, xalqın rolu və vəzifələri, silahlı qüvvələr, icra orqanları və müqavimət cəbhəsi, həmçinin bölgə ölkələri və ABŞ və İsrailə qarşı mübarizə ilə bağlı məqamlara toxunacağı bildirilir. 
 
***
 
İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei xalqa müraciət edib.
 
O, yeni Ali Lider seçilməsi xəbərini İslam televiziyası vasitəsilə öyrəndiyini, Seyid Ruhullah Xomeyni və Ayətullah Əli Xameneidən sonra bu vəzifəni tutmağın onun üçün çətin olacağını bildirib.
 
M.Xamenei bu çətin günlərdə xalqı bir olmağa çağırıb. 
 
O həmçinin müharibənin davam etdiyi müddətdə Hörmüz boğazının bağlı qalmalı olduğunu qeyd edib. Müctəba Xameneininin fikrincə, Tehran Yaxın Şərqdəki münaqişədə Hörmüz boğazını bir vasitə kimi istifadə etməlidir.
 
Yeni Ali Lider Yaxın Şərq ölkələrini regiondakı ABŞ bazalarını ən qısa zamanda bağlamağa çağırıb. O, Yaxın Şərq ölkələrinin rəhbərlərinə müraciət edərək, Tehranın konstruktiv münasibətlərə ümid bəslədiyini bəyan edib.
 
Xamenei ABŞ və İsrailə qarşı müharibədə həlak olan şəxslərin qanının alınacağını, ölkəsinin münaqişə zamanı vurulmuş zərərə görə maddi kompensasiya gözlədiyini diqqətə çatdırıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.