Dəmir yumruq » İqtisadiyyat » Azərbaycanda son bir ayda qiymətlər artıb
İqtisadiyyat / Bugün, 16:49

Azərbaycanda son bir ayda qiymətlər artıb

 

2026-cı ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin fevralı ilə müqayisədə 5,7 faiz artıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, ötən ay ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.
 
Qeyd olunub ki, 2025-ci ilin yanvar–fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz olub, son bir ay ərzində isə qiymətlər 0,6 faiz artıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.