Dəmir yumruq » İdman » Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açıldı - Fotolar
İdman / Bugün, 16:40

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açıldı - Fotolar

 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası - PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub.
 
Demiryumruq.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası - PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb. 
 
Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov imza mərasimində iştirak ediblər.  Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoe idman növlərinin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.
 
Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.
 
Əməkdaşlığın effektiv koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər birgə idarəetmə orqanı yaradacaqlar. Bununla əlaqədar olaraq, hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulur.

 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.