Dəmir yumruq » Hadisə » Bələdiyyənin sabiq sədr və hüquqşünas saxlanıldı
Hadisə / Bugün, 16:01

Bələdiyyənin sabiq sədr və hüquqşünas saxlanıldı

 

Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Demiryumruq.az “Bakupost”a istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.
 
Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.