Dəmir yumruq » Hadisə » Azərbaycanda vəzifəli şəxsi oğlu öldürdü - FOTOLAR
Hadisə / Bugün, 10:07

Azərbaycanda vəzifəli şəxsi oğlu öldürdü - FOTOLAR

 

Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

Demiryumruq.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.

Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.