Dəmir yumruq » Dünya » İran və Ermənistan “yaşıl” dəhliz yaradır
Dünya / Bugün, 12:45

İran və Ermənistan “yaşıl” dəhliz yaradır

 

İran və Ermənistan iki ölkə arasındakı sərhəddə sadələşdirilmiş ("yaşıl") gömrük dəhlizi yaratmaq barədə razılığa gəliblər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Məlumata görə, İranın iqtisadiyyat nazirinin müavini və Gömrük İdarəsinin rəhbəri Fərud Əsgəri ilə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında Culfada keçirilən görüşdə razılıq əldə olunub.
 
Bildirilib ki, Norduz–Mehri sərhəd-keçid məntəqəsində yüklərin daşınmasını sürətləndirmək və nəqliyyat vasitələrinin boşdayanma müddətini azaltmaq məqsədilə yeni bir mexanizm işə salınacaq

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.