Dəmir yumruq » Dünya » Rusiyada yanacaq böhranı: Putinə çağırış edildi...
Dünya / Bugün, 15:59

Rusiyada yanacaq böhranı: Putinə çağırış edildi...

 

Prezident Vladimir Putinə Rusiyada benzin çatışmazlığı ilə bağlı internetdə hər hansı məlumatın dərc edilməsini qadağan etməsi üçün çağırış edilib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Rusiyanın Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.
 
“Bir qrup deputat və hökumət nümayəndəsi prezidentə şəxsən müraciət edərək, yanacaqla bağlı vəziyyətə dair rəsmi məlumatlardan başqa hər hansı məlumatın onlayn dərc edilməsinə təcili qadağa qoyulmasını xahiş edib. Bu addım o cümlədən Sankt-Peterburqda da müşahidə olunan yanacaq böhranının daha da kəskinləşməsi səbəbindən atılıb”, - məlumatda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.