Dəmir yumruq » Dünya » Bunu istəyirik, amma ABŞ mane olur - Pezeşkian
Dünya / Bugün, 15:56

Bunu istəyirik, amma ABŞ mane olur - Pezeşkian

 

Hazırda BƏƏ ilə yaxşı münasibətlərimiz var və biz bunu genişləndirə bilərik. Eyni vəziyyət digər ölkələrlə də keçərlidir. Biz bütün ölkələrlə səmimi münasibətlər qurmaq istəyirik.
 
Demiryumruq.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
 
“Lakin buna ABŞ mane olur. Bunun səbəbi onların regionun neft ehtiyatlarından istifadə etmək istəməsidir. Bunun əvəzinə isə region ölkələrinə silah və raketlər sataraq bir-birimizdən qorxmağımıza və bizi bir-birimizə qarşı qoymağa çalışırlar.
 
Bu, regionun sərvətlərindən sui-istifadə etməklə yanaşı, sülh və sabitliyi də məhv edir”, - o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.