Dəmir yumruq » Dünya » Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
Dünya / Bugün, 12:38

Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var

 

Hörmüz boğazında, Qeşm adası yaxınlığında İran ticarət gəmisinə hücum edilib.
Demiryumruq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
 
Hörmüzqan əyalətinin Qeşm adasının rəhbəri Hüseyn Əmir Teymurinin sözlərinə görə, hücum səhər saatlarında Henqam adası ilə Qeşm adasındakı Şib Deraz sahilləri arasında baş verib.
 
O, hücum nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.