Dəmir yumruq » Hadisə » Türk dünyasının yeni elm mərkəzi Bakıda fəaliyyətə başladı - Fotolar
Hadisə / Bugün, 15:50

Türk dünyasının yeni elm mərkəzi Bakıda fəaliyyətə başladı - Fotolar

 

Bakıda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mərkəzi ofisinin açılışı olub.
 
Demiryumruq.az xəbər verir ki, sentyabrın 11-də Azadlıq prospektində keçirilən mərasimdə Milli Məclisin deputatları, akademiklər, professorlar, generallar, elm və mədəniyyət xadimləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə akademik Rafael Hüseynov açıb. O, Akademiyanın yaradılmasının və Bakıda mərkəzi ofisinin fəaliyyətə başlamasının türk xalqlarının ortaq elmi, tarixi və mədəni irsinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
 
Türk Dünyası Elmi Araşdırmalar Mərkəzinin direktoru, professor Elçin İskəndərzadə isə türk dünyasının zəngin elmi və mədəni irsinin öyrənilməsi, xalqlar arasında elmi əlaqələrin genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb.
 
Mərasimdə türk dünyasının tanınmış şairi Rüstəm Behrudinin “Qızıl alma” kitabının təqdimatı keçirilib.
 
Tədbirdə Minera Şirkətlər Qrupunun təsisçisi Xudaqulu Rzayev və tanınmış plastik cərrah, professor Vaqif Qələndərli mükafat və medallarla təltif olunublar.
 
Çıxışlarda Akademiyanın fəaliyyətinin türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti və elmi irsinin araşdırılmasına, alim və tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyi bildirilib.
 
Qeyd olunub ki, Bakıda mərkəzi ofisin fəaliyyətə başlaması türk dünyasının elmi və intellektual potensialının üzə çıxarılması, ortaq elmi layihələrin həyata keçirilməsi və elm-mədəniyyət xadimləri arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.