Dəmir yumruq » Cəmiyyət » Yol polisindən piyadalara xəbərdarlıq
Cəmiyyət / Bugün, 06:54

Yol polisindən piyadalara xəbərdarlıq

 

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
 
Bu barədə İdarədən məlumat verilib.
 
Bildirilib ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:
 
"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.
 
Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır".
 
Məlumatda qeyd edilib ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:
 
"Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.
 
Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.