Dəmir yumruq » Cəmiyyət » "Formula-1”ə görə bəzi parklanma məntəqələrinin fəaliyyəti dayandırılacaq
Cəmiyyət / Bugün, 06:00

"Formula-1”ə görə bəzi parklanma məntəqələrinin fəaliyyəti dayandırılacaq

 

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 
Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.
 
Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.