Dəmir yumruq » Manşet » Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub
Manşet / Cəmiyyət / 18-04-2022, 19:42

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün m əmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.