NATO-nun Kalininqrad vilayətinə münasibətdə məsuliyyətsiz siyasəti birbaşa silahlı toqquşma risklərini artırır.
Demiryumruq.az xəbər verir ki, bu barədə Belçikadakı Rusiya səfirliyi NATO-ya xəbərdarlığında bildirib.
Səfirlik qeyd edib ki, NATO ölkələrinin Kalininqrad vilayətini mühasirəyə yönəlmiş hər hansı cəhdi olacağı təqdirdə Rusiya öz ərazisini qorumaq üçün sərəncamında olan bütün silah arsenalından istifadə etməyə hazırdır.
"Böyükmiqyaslı qarşıdurmanın qarşısını almaq məqsədilə alyans ölkələrini gələcəkdə eskalasiyaya səbəb ola biləcək bəyanat və addımlardan çəkinməyə çağırmışıq”, - xəbərdarlıqda vurğulanıb.