Media reyestrinin aparılma qaydası, eyni zamanda jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb.
Bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib.
Onun sözlərinə görə, artıq aidiyyəti üzrə işçi qaydada müvafiq qurumlarla müzakirələr aparılır.
“Düşünürük ki, media reyestrinin müəyyən edilən müddətdə formalaşdırılıb həyata keçirilməsinə nail olunacaq”, - deyə o əlavə edilib.