Jurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər hazırlanıb.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyeva bildirib.
O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin göstərilməsidir.
“Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və aidiyyəti üzrə hazırda müzakirələr aparılır”, - deyə o əlavə edib.