Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 462 doğulan körpə qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.