Xəbər lenti
Dəmir yumruq » Manşet » COVID-19-la bağlı Elmi Simpozium keçirildi
Manşet / Cəmiyyət / 13-04-2022, 15:23

COVID-19-la bağlı Elmi Simpozium keçirildi

COVID-19-la bağlı Elmi Simpozium keçirildi

Aprelin 13-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib.

Tədbirdə dövlət qurumlarının rəsmi nümayəndələri, eləcə də yüksəkixtisaslı həkimlər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov COVID-19 infeksiyasının Azərbaycan əhalisi arasında kütləvi surətdə yayılmasının qarşısının alınması və ölkəmizdə pandemiya şəraitinin nəzarətdə saxlanılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib, Mərkəzi Gömrük Hospitalının da pandemiya dövründə 21 ay ərzində yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olduğunu bildirib.
O, bu dövrdə Mərkəzi Gömrük Hospitalında 2000-dən çox COVID-19 xəstəsinin stasionar müalicə aldığını, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 300-dən çox pasiyentin reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunduğunu söyləyib.

Mərkəzi Gömrük Hospitalının əldə etdiyi müvafiq təcrübə əsasında ərsəyə gətirilmiş metodik vəsaitin hazırlanma mərhələsi barədə məlumat verən C.Məmmədov bildirib ki, bu vəsait yalnız şəxsi təcrübəyə deyil, həm də çoxsaylı beynəlxalq araşdırmaların nəticələrinə, nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrə əsaslanır.

Ceyhun Məmmədov onu da bildirib ki, elmi simpozium COVID-19-un diaqnostika və müalicəsi sahəsində ən son nailiyyətlər barədə müzakirə və təcrübə mübadiləsi aparılması üçün mütəxəssislər arasında platforma yaratmaq məqsədi ilə təşkil olunub.

Rəsmi hissədən sonra simpozium Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun moderatorluğu ilə “COVID-19-un diaqnostikası”, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov və həmin şöbənin həkimi Rəşad Nəsirlinin moderatorluğu ilə “COVID-19-un müalicəsi” panelləri ilə öz işini davam etdirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.