Xəbər lenti
Dəmir yumruq » Manşet » Xəstəxanalara nəzarət edən mərkəz yaradılacaq
Manşet / Cəmiyyət / 9-04-2022, 15:24

Xəstəxanalara nəzarət edən mərkəz yaradılacaq

Xəstəxanalara nəzarət edən mərkəz yaradılacaq

Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması nəzərdə tutulub.

Bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, nazirlikdə yaradılan İşçi qrupu tərəfindən normativ-hüquqi baza yenidən işlənib və əsasnamə hazırlanıb:

“Həmin əsasnamə aidiyyəti qurumlara təqdim olunub. Dünya praktikasında belədir ki, həmin mərkəzlər tibb müəssisələrinin lisenziyalaşdırılması, qiymətləndirilməsi, eləcə də müvafiq tibbi xidmətlər üzrə akkreditasiya ilə məşğuldur. Bu səbəbdən ölkədə davamlı təmin edilən tibbi xidmətlərin keyfiyyətinə dair standartlar və onlara nəzarət prosesi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri davam edir. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin müvafiq strukturlarında bu fəaliyyət var. Lakin bunu cəmləşdirərək effektik həyata keçirilməsi üçün mərkəzin yaradılması labüd idi”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.