Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanlı alimlərin hazırladığı vaksinə “Qarabağ” adı veriləcək
Manşet / Cəmiyyət / 8-04-2022, 16:48

Azərbaycanlı alimlərin hazırladığı vaksinə “Qarabağ” adı veriləcək

Azərbaycanlı alimlərin hazırladığı vaksinə “Qarabağ” adı veriləcək

AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib.

Tərlan Məmmədov bu barədə “Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı zamanı deyib.

O, bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.

"Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.