Xəbər lenti
Dəmir yumruq » Manşet » İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə yeni səlahiyyət verildi
Manşet / Cəmiyyət / 7-04-2022, 15:59

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə yeni səlahiyyət verildi

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə biləcək.

Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.

İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.

Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.