Azərbaycan vaksinasiyada yüksək nəticə əldə edib.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, Azərbaycan ümumilikdə pandemiya ilə mübarizədə yüksək nailiyyətlər qazanıb.
"Aİ-nin Azərbaycana təhvil verdiyi avadanlıqlar da məhz həmin nailiyyətlərə xidmət edir. Bundan sonra da Aİ öz dəstəyini davam etdirəcək" - deyə P. Mixalko əlavə edib.