Xəbər lenti
Dəmir yumruq » Manşet » Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir
Manşet / Cəmiyyət / 6-04-2022, 14:08

Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir

Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda güclü təsir edən maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir.

Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda isə bu əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.