Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev "Sosial saat"da deyib.
Onun sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub.
Qeyd edək ki, I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat verilməsi nəzərdə tutulur.