Xəbər lenti
Dəmir yumruq » Manşet » Naftalanda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı
Manşet / Cəmiyyət / 31-03-2022, 17:32

Naftalanda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı

Naftalanda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.

Anım tədbirində ŞİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, o cümlədən şəhər ictimaiyyəti iştirak edib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.