Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda seysmik stansiyaların sayı artırılacaq
Manşet / Cəmiyyət / 29-03-2022, 12:48

Azərbaycanda seysmik stansiyaların sayı artırılacaq

Azərbaycanda seysmik stansiyaların sayı artırılacaq

Azərbaycanda yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə çatacaq.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) “Elm günü”nə həsr olunmuş konfransda RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli bildirib.

T.Məmmədli 1902-ci il Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə saxlanılır. Bu yazıların elmi baxımdan olduqca qiymətli olduğunu deyən T.Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə olub.

Onun sözlərinə görə, 25 noyabr 2000-ci ildə Bakıda baş verən güclü zəlzələdən sonra ölkəmizə ən müasir seysmik stansiyalar alınıb gətirilərək quraşdırılıb, artıq ölkəmizdə seysmik monitorinq şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparıldığını deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.