Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Manşet / Hadisə / Dün, 08:31

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
 
Demiryumruq.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:
 
"Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.