Dəmir yumruq » Manşet » Baş nazirdən bu abidələrlə bağlı - Qərar
Manşet / Hadisə / 20-11-2026, 10:30

Baş nazirdən bu abidələrlə bağlı - Qərar

 

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərarına dəyişiklik edilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
 
Dəyişikliyə əsasən, “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsində Azıx mağara düşərgəsi və Tağlar mağara düşərgəsinin yerləşdiyi ərazi Füzuli rayonu əvəzinə müvafiq olaraq, Xocavənd rayonu, Azıx kəndi və Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi olaraq göstərilib.
 
Qərarla təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq da əlavə olunub.
 
"Arxeoloji abidələr” bölməsi üzrə “Astara rayonu” hissəsinə Əlişa qala kompleksi e.ə. IV - e. XVI əsrlər Alaşa kəndi; “Quba rayonu” hissəsinə Xatirə abidəsi – kütləvi məzarlıq 1918-ci il Quba şəhəri, Nəriman Nərimanov küçəsi əlavə edilib.
 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.