Dəmir yumruq » Manşet » İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
Manşet / Cəmiyyət / Dün, 21:06

İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.
 
Audiovizual Şuradan verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:
 
Əhmədov Ayxan Əbdül Kərim oğlu
 
Əzimov Tural Qürbət oğlu
 
Məmmədzadə Tural Sahib oğlu
 
Qulamov Arzu Aydın oğlu
 
Baxşıyeva İlhamə Rafiq qızı
 
Məmmədov Fikrət Alı oğlu
 
Qasımov Balakişi Ələkbər oğlu
 
Şahsuvarov Taleh Novruz oğlu
 
Nağıyev Anar Əlişah oğlu
 
Əliyeva İlahə Xudu qızı
 
Cəfərov Əli Sucəddin oğlu
 
Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.
 
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.
 
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.
 
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.