Dəmir yumruq » Dünya » Tehrandan Avropaya - Sərt xəbərdarlıq
Dünya / Bugün, 07:47

Tehrandan Avropaya - Sərt xəbərdarlıq

 

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi Avropa ölkələrini İsrailin hərəkətlərini dəstəkləməkdə ittiham edib və onları müharibənin nəticələrinə görə məsuliyyət daşımağa çağırıb.
 
Demiryumruq.az xəbər verir ki, Rzayi sosial media hesabında paylaşdığı açıqlamada Avropa ölkələrinin əvvəllər İsrailin “çirkli işləri” ilə öyündüyünü bildirib.
 
O, Avropa dövlətlərinin hazırda İranla müharibənin onlara milyardlarla dollara başa gəlməsindən şikayətləndiyini bildirib.
 
“İsrailin müharibə cinayətlərini alqışlayarkən cərimənin sizə də gələcəyini düşünmürdünüzmü? Müharibənin və terrorun öz qiyməti var. İndi ödəmək növbəsi sizindir”, – deyə Rzayi vurğulayıb.
 
Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts daha əvvəl İsrailin fəaliyyətini “hamımız üçün gördüyü çirkli iş” adlandırmışdı. O, İsrailin İran rejiminə qarşı əməliyyatlarının Avropa ölkələrinin də təhlükəsizliyinə xidmət etdiyini bildirmişdi. Merts həmçinin Tehranın “Hizbullah” və HƏMAS-a dəstəyini, eləcə də Rusiyaya dron tədarükünü tənqid etmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.