Dəmir yumruq » Dünya » Ukraynalılara möhlət verməyəcəyik - Kreml
Dünya / Bugün, 07:53

Ukraynalılara möhlət verməyəcəyik - Kreml

 

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
 
Onun sözlərinə görə, əməliyyatların dayandırılması Ukraynaya qüvvələrini bərpa etmək imkanı verər.
 
Peskov deyib ki, Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlara hazırlıq Moskvanın hər hansı atəşkəslə razılaşdığı anlamına gəlmir:
 
“Danışıqlara hazırlıq hərbi əməliyyatların məhdudlaşdırılması ilə bağlı hər hansı öhdəliyin götürülməsini nəzərdə tutmur. Biz dəfələrlə bildirmişik ki, ukraynalılara möhlət verəcək atəşkəsin əleyhinəyik”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.